Bu bilik və bacarıqları mənimsədikdən sonra həm YouTube platformasında uğur qazana, həm də rəqəmsal marketinq, kontent yaradılması və onlayn biznes sahələrində əlavə gəlir mənbələri yarada, həmçinin peşəkar inkişafınızı davam etdirə biləcəksiniz.
Üzünü Göstərmədən YouTube İlə Pul Qazanmaq
Hazırladı
Son dəyişiklik Oct/2025
1 dərs
Azərbaycan dili
Açıqlama
Kamera qarşısına çıxmadan YouTube-dan pul qazanmaq istəyirsiniz? Bu kurs sizə təsdiq edilmiş strategiyalar və xüsusi alətlərindən istifadə edərək, YouTube kanalını necə yaratmağı, inkişaf etdirməyi və pul qazanmağı göstərmək üçün nəzərdə tutulmuşdur. İstər sıfırdan başlayırsınız, istərsə də YouTube kanalınızı böyütmək istəyirsiniz – fərq etmir. Bu kurs sizə bütün prosesdə addım-addım rəhbərlik edəcək.
YouTube kanalınızı qurmaqdan tutmuş cəlbedici məzmun yaratmağa qədər lazım olan önəmli üsulları öyrənəcəksiniz. Bunun üçün heç bir əlavə təcrübəyə ehtiyacınız yoxdur. Kompyüter, telefon, internet və öyrənmək istəyi başlanğıc üçün kifayətdir.
Nə öyrənəcəksiniz:
- Məzmun Strategiyası və Planlama: YouTube alqoritmi üçün uyğun məzmun planı qurmaq, hədəf auditoriyanı düzgün təyin etmək və trend mövzuları tapmaq yolları.
- Süni İntellekt: ChatGPT və digər AI alətlərindən istifadə edərək video ideyaları, skriptlər, təsvirlər və başlıqlar yaratmaqla prosesi sürətləndirmək və keyfiyyəti artırmaq.
- Dizayn və Montaj Bacarıqları: Canva, CapCut və s. tipli proqramlarla videolarınızı montaj etməyi, yazılar, keçidlər və musiqi əlavə etməyi, həmçinin cəlbedici thumbnail-lar hazırlamağı öyrənəcəksiniz.
- YouTube SEO: Doğru açar sözlər seçməyi, diqqətçəkən başlıq və təsvir yazmağı, videolara uyğun etiketlər əlavə etməyi öyrənəcəksiniz. Videolarınızın axtarış nəticələrində və tövsiyələrdə çıxması üçün SEO-nun əsas prinsiplərini mənimsəyəcəksiniz.
- YouTube Monetizasiyası: Google AdSense, sponsorluq, affiliate marketinq, rəqəmsal məhsullar və xidmətlər vasitəsilə YouTube kanalınızdan necə gəlir əldə edəcəyinizi öyrənəcəksiniz.
Bu kurs kimlər üçündür:
- Kamera qarşısına çıxmadan YouTube-dan gəlir əldə etmək istəyən şəxslər
- Rəqəmsal platformalarda brendini inkişaf etdirmək və tanıtmaq istəyən fərdlər və şirkətlər
- Süni intellekt və avtomatlaşdırma alətlərindən istifadə edərək məzmun yaratmağı öyrənmək istəyənlər
- Passiv gəlir mənbəyi yaratmaq istəyən onlayn biznes sahibləri və sahibkarlar
- YouTube kanalını peşəkar səviyyədə idarə etmək və böyütmək istəyənlər
Məzmun
- 6 Bölmə
- 1 Dərs
- Ömürlük
Bütün bölmələri açBütün bölmələri bağla
- Giriş1
- YouTube Kanalı Yaratmaq0
- Kontent Yaratmaq: Fikirdən Videoya0
- YouTube SEO və Axtarış Optimallaşdırma0
- Monetizasiya0
- Vergi və Hüquqi Məsələlər0
Müəllim
Mən Yusif Əbilov, Yufamo şirkətinin təsisçisi və direktoruyam. 6 ildən artıqdır ki, YouTube, Instagram, Vebsayt kimi rəqəmsal sahələrdə aktiv fəaliyyət göstərirəm.
Bu sahələrdə illərlə topladığım real təcrübə, sınaqdan keçmiş strategiyalar və uğurlu layihələr məni daha böyük bir məqsədə yönəltdi — bu bilik və bacarıqları geniş auditoriyaya ötürmək, insanlara öz potensiallarını kəşf etdirmək və onları müstəqilliyə aparan yolda ilhamlandırmaq
Uğur təsadüf deyil – o, səbr və əzmin sınaqdan keçmiş nəticəsidir.
Şərhlər
1,150.99₼189.99₼
100% Müsbət Rəy
7 tələbə
1 dərs
Kurs dili: Azərbaycan dili
Ömürlük istifadə
1,150.99₼189.99₼